Azerbaijan RPP

20-ci əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəlindı Avropada və dünyada önəmli dəyişikliklər baş verdi. Sovet İttifaqının tərkibindən ayrılan dövlətlər kommunist iqtisadi sistemindən bazar iqtisadiyyatına keçiddə olan iqtisadiyyata sahib yeni müstəqilə dövlətlərə çevrildi. Əksər ölkələrdə özəlləşdirmə prosesi böyük dövlət müəssisələri və institutlarının yeni sahiblərini müəyyənləşdirdi. Əksər ölkələrdə və oliqarxiya sistemində monopoliyalar və səmirsizliklər meydana çıxdı. Əksər şirkətlər böyük miqdarda dotasiya və bazar təhrifləri olmadan bazar şərtləri daxilində fəaliyyətini davam etdirə bilməyəcəkdi. Bazar iqtisadiyyatlarının dayağı olan Kiçik və Orta səviyyəli Şirkətlər inkişaf edə bilmədi və hələ də az inkişaf etmişdir. Şərqdə siyasətçilər öz iqtisadi problemlərinin həllini əsasən köhnə sənayeni davam etdirməkdə gördü.

Yalnız son bir neçə ildə Kiçik və Orta səviyyəli Müəssisələrin əhəmiyyətini anladılar və siyasətdə dəyişikliklər edilməyə başlandı. Kiçik və Orta səviyyəli Müəssisələrin güclü seqmentinin yaradılması ilə bağlı problemlər keçmiş Sovet İttifaqı ölkələrinin əksəriyyətində eynidir və buna görə də onlar Şərqi Tərəfdaşlığın 6 ölkəsində mövcuddur. Kiçik və Orta səviyyəli Müəssisələrin vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlət səviyyəsində təşəbbüslər atılmışdır və 6 ölkə arasındakı əməkdaşlıq prioritet deyildi. 2009-cu ildə Sopotda (Polşa) Şərqi Tərəfdaşlıq Biznes Forumunun keçirilməsi ilə ilk dəfə olaraq İqtisadi İnkişafda Mövqe Sənədinə (və xüsusilə Kiçik və Orta səviyyəli Müəssisələr üzrə) “rəsmi olaraq” müzakirə edildi. 6 Şərq Tərəfdaşlığı ölkəsi üçün 2016-cı ilin iyul ayında Kiyev şəhərində ........ də təqdim olunacaq Regional Mövqe Sənədinin layihəsinin hazırlanmasına başlamaq üçün əlavə bir neçə il lazım oldu. Regional Mövqe Sənədinin ilk layihəsi Regiondan 143 Biznes Assosiasiyası tərəfindən imzalandı və o, 2017-ci ilin oktyabr ayında Tallində Şərq Tərəfdaşlığı Biznes Forumunda təqdim olunacaq Regional Mövqe Sənədinin daha da inkişaf etməsi üçün əsas oldu.

Regional Mövqe Sənəd barədə müzakirə hətta layihələndirməyə qoşulduqdan sonra da uzun müddət davam etdi. Bütün dəyişikliklər bütün ölkələrə uyğundurmu? Bütün məsləhətlər bütün ölkələr üçün ən yaxşı həll yoludurmu? Bu paket içərisində kimin nəyə ehtiyacı var?

Regional Mövqe Sənədi müəyyən dərəcədə bütün ölkələrdə mövcud olan çətinlikləri təsvir edən sənəddir. Hər bir ölkə üçün bəziləri daha müvafiq, bəziləri isə daha az müvafiqdir. Müvafiqliyindən asılı olaraq yerli Biznes Assosiasiyaları onlardan öz gələcək işlərində istifadə edə bilərlər.

Sənədi təsdiqləmək nə deməkdir? Bu, Şərq Tərəfdaşlığı ölkələrindəki Biznes Assosiasiyalarının işlərini dəstəkləmək və onlarla eyni narahatlıqları bölüşmək deməkdir. Təsdiqləmək o deməkdir ki, əlavədəki Regional Mövqe Sənədinə Təşkilatların siyahısı təsdiqləyən təşkilatın Loqosu, Adı və Veb saytı ilə əlavə olunacaq. Təsdiqləmə mətni belə olacaq: Biz, Şərq Tərəfdaşlığı Ölkələrin Biznes Cəmiyyəti, Özəl Sektor Təşkilatları və Biznes Assosiasiyaları, Regional Mövqe Sənədini təsdiq edir və ümid edirik ki, o, Kiçik və Orta səviyyəli Müəssisələr üçün təkmilləşmiş biznes mühiti, Siyasətin Müəyyənləşdirilməsində Biznes Cəmiyyətinin daha çox cəlb olunması və daha çox inkişaf etmiş Dövlət Özəl sektorları arası Dialoq üçün şərait yaradacaq. Regional Mövqe Sənəd barədə müzakirə hətta layihələndirməyə qoşulduqdan sonra da uzun müddət davam etdi. Bütün dəyişikliklər bütün ölkələrə uyğundurmu? Bütün məsləhətlər bütün ölkələr üçün ən yaxşı həll yoludurmu? Bu paket içərisində kimin nəyə ehtiyacı var?

Regional Mövqe Sənədi müəyyən dərəcədə bütün ölkələrdə mövcud olan çətinlikləri təsvir edən sənəddir. Hər bir ölkə üçün bəziləri daha müvafiq, bəziləri isə daha az müvafiqdir. Müvafiqliyindən asılı olaraq yerli Biznes Assosiasiyaları onlardan öz gələcək işlərində istifadə edə bilərlər.

Şərq Tərəfdaşlığı Ölkələri (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) təcrid olunmuş ada deyil. Onların hamısı ya Avropada, ya da qonşuluqdadır. Onların iqtisadiyyatlarında baş verənlər Avropa İttifaqına və Avropa İttifaqının iqtisadiyyatına təsir göstərir. Buna görə Avropa İttifaqının Biznes Assosiasiyaları Şərq Tərəfdaşlığı Assosiasiyalarının Kiçik və Orta səviyyəli Müəssisələr üçün biznes mühitinin yaxşılaşdırılması cəhdlərini dəstəkləyir.

Sənədi dəstəkləmək nə deməkdir? Bu, Şərq Tərəfdaşlığı ölkələrindəki Biznes Assosiasiyalarının işlərini dəstəkləmək və onlarla eyni narahatlıqları bölüşmək deməkdir. Dəstəkləmək o deməkdir ki, əlavədəki Regional Mövqe Sənədinə Təşkilatların siyahısı təsdiqləyən təşkilatın Loqosu, Adı və Veb saytı ilə əlavə olunacaq. Dəstəkləmə mətni belə olacaq: Biz, Avropa İttifaqının Biznes Cəmiyyəti, Özəl Sektor Təşkilatları və Biznes Assosiasiyaları, Şərq Tərəfdaşlığı ölkələrindəki tabe təşkilatlarımızın Kiçik və Orta səviyyəli Müəssisələr üçün təkmilləşmiş biznes mühitini təkmilləşdirmək, Siyasətin Müəyyənləşdirilməsinə daha çox cəlb olunmaq və daha çox inkişaf etmiş Dövlət Özəl sektorları arası Dialoq yaratmaq cəhdlərini dəstəkləyirik. Biz onlar tərəfindən layihələndirilən Regional Mövqe Sənədinin məzmunu dəstəkləyirik.

Regional Mövqe Sənədi üzrə iş Biznes Assosiasiyalarının üzvləri və heyəti tərəfindən könüllü şəkildə həyata keçirilmişdir. Hər ölkədə 5 koordinator (hər biri 5 mövzudan biri üçün) parlaq fikir ortaya çıxarmaq, plan tərtib etmək və məlumat toplamaq üçün maraqlanan Biznes Assosiasiyaları, Beyin Mərkəzləri və Biznesə Dəstək Təşkilatlarını bir araya gətirmişdir. Onlara Dövlət Özəl sektorları arası Dialoq üzrə vasitəçi köməklik göstərmişdir (East Invest 2 (Şərq İnvestisiyası 2) üzrə fəaliyyət). Çoxsaylı görüşlərdə onlar dövlət mövqeyinin layihəsini hazırlayıblar.

2017-ci ilin aprel ayında bütün koordinatorlar və vasitəçilər işlərini əlaqələndirmək və 6 ölkədəki vəziyyəti təsvir edən sənəd hazırlamaq üçün Kiyevdə 2 günlük görüş keçirdilər. Bu iş Regional Mövqe Sənədində xırda tənzimləmələr aparmaq, təsdiqləmə (Şərq Tərəfdaşlığının Assosiasiyaları tərəfindən) və dəstək (Avropa İttifaqının Assosiasiyaları tərəfindən) üçün təməl qoymaq məqsədilə davam etdirilmişdir. 200-dən çox təşkilat cəlb olunmuş və onlar Tallində Şərq Tərəfdaşlığı Biznes Forumunda təqdimat, həmin ölkələrdə və Avropa Komissiyası ilə vacib müdafiə işi ilə prosesi davam etdirmək üzrə öz istək və öhdəliklərini səsləndirmişlər.

Tərəfdaşlar Sahibkarların Respublikaçı Konfederasiyasının (Belarus) Prezidenti Vladimir Karyagini spiker seçmək qərarına gəlmiş və hər biri bir mövzu üzrə danışmaq üçün 5 mövzu spikeri təyin etmişlər. Spikerlər Regional Mövqe Sənədinin layihəsini hazırlayan tərəfdaşların adından danışacaq, sənədi siyasətçilər, hökumətlər və Avropa Komissiyası üçün izah və tərcümə etməyə kömək edəcəklər. Cənab Karyagin əsasən Dövlət və Özəl sektorları arası Dialoq Prosesi və Biznes Cəmiyyəti barədə danışacaq, 5 mövzu spikeri isə niyyətlər, çətinliklər və məsləhətlər barədə daha ətraflı suallara cavab verəcək.

Koordinator qruplarından kömək göstərmək üçün East Invest 2 layihəsinə cəlb olunmazdan əvvəl bir illik könüllü şəkildə fəaliyyət göstərən vasitəçilər Dövlət və Özəl sektorları arası Dialoq Fəaliyyəti üzrə təlimlər hazırlayır və koordinatorların işini dəstəkləyirlər. Onlar koordinatorlar qrupunu bir arada saxlayır və güclü və səmərəli Dövlət və Özəl sektorları arası Dialoq fəaliyyəti ilə maraqlanan bütün tərəfdaşlar arasında kommunikasiyanın böyük hissəsini həyata keçirirlər.

Koordinatorlar özləri və assosiasiyaları üçün Kiçik və Orta səviyyəli Müəssisələr üçün biznes mühitinin yaxşılaşdırılması və səmərəli Dövlət və Özəl sektorları arası Dialoqla maraqlanan könüllülərdir. Onlar məlumat, ideya və məsləhət qazanmaq üçün vaxtlarını çoxsaylı görüşlərə sərf ediblər. Koordinatorların hər biri öz işçi qrupunun üzvü kimi ən az 5 assosiasiyaya sahibdir.

Union%20Jack


Union%20Jack


Union%20Jack